text/microsoft-resx
2.0
System.Resources.ResXResourceReader, System.Windows.Forms, Version=4.0.0.0, Culture=neutral, PublicKeyToken=b77a5c561934e089
System.Resources.ResXResourceWriter, System.Windows.Forms, Version=4.0.0.0, Culture=neutral, PublicKeyToken=b77a5c561934e089
Bitwarden – Ödənişsiz Parol Meneceri
Bütün cihazlarınız üçün güvənli və ödənişsiz bir parol meneceri
Bitwarden, Inc., 8bit Solutions LLC-nin ana şirkətidir.
THE VERGE, U.S. NEWS & WORLD REPORT, CNET VƏ BİR ÇOXUNA GÖRƏ ƏN YAXŞI PAROL MENECERİDİR.
Hər yerdən limitsiz cihazda limitsiz parolu idarə edin, saxlayın, qoruyun və paylaşın. Bitwarden evdə, işdə və ya yolda hər kəsə açıq mənbəli parol idarəetmə həllərini təqdim edir.
Çox istifadə etdiyiniz hər veb sayt üçün təhlükəsizlik tələblərinə görə güclü, unikal və təsadüfi parollar yaradın.
Bitwarden Send şifrələnmiş məlumatların (fayl və sadə mətnləri) birbaşa və sürətli göndərilməsini təmin edir.
Bitwarden, parolları iş yoldaşlarınızla təhlükəsiz paylaşa bilməyiniz üçün şirkətlərə Teams və Enterprise planları təklif edir.
Nəyə görə Bitwarden-i seçməliyik:
Yüksək səviyyə şifrələmə
Parollarınız qabaqcıl ucdan-uca şifrələmə (AES-256 bit, salted hashtag və PBKDF2 SHA-256) ilə qorunur, beləcə datanızın güvənli və gizli qalmasını təmin edir.
Daxili parol yaradıcı
Çox istifadə etdiyiniz hər veb sayt üçün təhlükəsizlik tələblərinə görə güclü, unikal və təsadüfi şifrələr yaradın.
Qlobal tərcümələr
Bitwarden tərcümələri 40 dildə mövcuddur və qlobal cəmiyyətimiz sayəsində böyüməyə davam edir.
Çarpaz platform tətbiqləri
Bitwarden anbarındakı həssas verilənləri, istənilən brauzerdən, mobil cihazdan və ya masaüstü əməliyyat sistemindən və daha çoxundan qoruyub paylaşın.
Bütün cihazlarınız üçün güvənli və ödənişsiz bir parol meneceri
Anbarınıza bir neçə cihazdan eyniləşdirərək müraciət edin
Bütün giriş məlumatlarınızı və parollarınızı güvənli bir anbardan idarə edin
Giriş kimlik məlumatlarınızı ziyarət etdiyiniz istənilən veb sayta dərhal avtomatik doldurun
Anbarınıza sağ klikləmə menyusundan da asanlıqla müraciət edə bilərsiniz
Güclü, təsadüfi və güvənli parolların avtomatik yaradılması
Məlumatlarınız AES-256 bit şifrələmə istifadə edilərək güvənli şəkildə idarə olunur