text/microsoft-resx 2.0 System.Resources.ResXResourceReader, System.Windows.Forms, Version=4.0.0.0, Culture=neutral, PublicKeyToken=b77a5c561934e089 System.Resources.ResXResourceWriter, System.Windows.Forms, Version=4.0.0.0, Culture=neutral, PublicKeyToken=b77a5c561934e089 Bitwarden – Ödənişsiz Parol Meneceri Bütün cihazlarınız üçün təhlükəsiz və ödənişsiz bir parol meneceri Bitwarden, Inc., 8bit Solutions LLC-nin ana şirkətidir. THE VERGE, U.S. NEWS & WORLD REPORT, CNET VƏ BİR ÇOXUNA GÖRƏ ƏN YAXŞI PAROL MENECERİDİR. Hər yerdən limitsiz cihazda limitsiz parolu idarə edin, saxlayın, qoruyun və paylaşın. Bitwarden evdə, işdə və ya yolda hər kəsə açıq mənbəli parol idarəetmə həllərini təqdim edir. Çox istifadə etdiyiniz hər veb sayt üçün təhlükəsizlik tələblərinə görə güclü, unikal və təsadüfi parollar yaradın. Bitwarden Send şifrələnmiş məlumatların (fayl və sadə mətnləri) birbaşa və sürətli göndərilməsini təmin edir. Bitwarden, parolları iş yoldaşlarınızla təhlükəsiz paylaşa bilməyiniz üçün şirkətlərə Teams və Enterprise planları təklif edir. Nəyə görə Bitwarden-i seçməliyik: Yüksək səviyyə şifrələmə Parollarınız qabaqcıl ucdan-uca şifrələmə (AES-256 bit, salted hashtag və PBKDF2 SHA-256) ilə qorunur, beləcə verilənlərinizin təhlükəsiz və gizli qalmasını təmin edir. Daxili parol yaradıcı Çox istifadə etdiyiniz hər veb sayt üçün təhlükəsizlik tələblərinə görə güclü, unikal və təsadüfi şifrələr yaradın. Qlobal tərcümələr Bitwarden tərcümələri 40 dildə mövcuddur və qlobal cəmiyyətimiz sayəsində böyüməyə davam edir. Çarpaz platform tətbiqləri Bitwarden anbarındakı həssas verilənləri, istənilən səyyahdan, mobil cihazdan və ya masaüstü əməliyyat sistemindən və daha çoxundan qoruyub paylaşın. Bütün cihazlarınız üçün təhlükəsiz və ödənişsiz bir parol meneceri Anbarınıza bir neçə cihazdan eyniləşdirərək müraciət edin Bütün giriş məlumatlarınızı və parollarınızı təhlükəsiz bir anbardan idarə edin Giriş kimlik məlumatlarınızı ziyarət etdiyiniz istənilən veb sayta dərhal avtomatik doldurun Anbarınıza sağ klikləmə menyusundan da asanlıqla müraciət edə bilərsiniz Güclü, təsadüfi və etibarlı parolların avtomatik yaradılması Məlumatlarınız AES-256 bit şifrələmə istifadə edilərək təhlükəsiz şəkildə idarə olunur