text/microsoft-resx 2.0 System.Resources.ResXResourceReader, System.Windows.Forms, Version=4.0.0.0, Culture=neutral, PublicKeyToken=b77a5c561934e089 System.Resources.ResXResourceWriter, System.Windows.Forms, Version=4.0.0.0, Culture=neutral, PublicKeyToken=b77a5c561934e089 Bitwarden Parol Meneceri Bitwarden evdə və ya işdə olarkən bütün parol, keçid açarı və həssas məlumatlarınızı asanlıqla qoruyur. PCMag, WIRED, The Verge, CNET, G2 və daha çoxu tərəfindən ən yaxşı parol meneceri olaraq tanındı! RƏQƏMSAL HƏYATINIZI GÜVƏNDƏ SAXLAYIN Hər hesab üçün unikal, güclü parollar yaradıb saxlayaraq rəqəmsal həyatınızı güvəndə saxlatyın və məlumat pozuntularına qarşı qorunun. Hər şeyi yalnız sizin müraciət edə biləcəyiniz ucdan uca şifrələnmiş parol seyfində saxlayın. DATANIZA HƏR YERDƏN, HƏR CİHAZDAN, İSTƏNİLƏN VAXT MÜRACİƏT EDİN Limitsiz parolları limitsiz cihazlarda məhdudiyyət olmadan asanlıqla idarə edin, saxlayın, güvənlə qoruyun və paylaşın. HƏR KƏS İNTERNETDƏ GÜVƏNDƏ QALMAQ ÜÇÜN ALƏTLƏRƏ SAHİB OLMALIDIR Bitwarden-i heç bir reklam və ya satış datası olmadan ödənişsiz istifadə edin. Bitwarden hesab edir ki, hər kəs internetdə güvəndə qalmaq bacarığına sahib olmalıdır. Premium planlar qabaqcıl özəlliklərə müraciət təklif edir. BITWARDEN İLƏ KOMANDALARINIZI GÜCLƏNDİRİN Komanda və Müəssisələr üçün planlar, professional biznes özəllikləri ilə birgə gəlir. Bəzi nümunələrə SSO inteqrasiyası, öz-özünə sahiblik, kataloq inteqrasiyası və SCIM təqdim etmə, qlobal siyasətlər, API müraciəti, olay jurnalları və daha çoxu daxildir. İş gücünüzün güvənliyini qorumaq və həssas məlumatları həmkarlarınızla paylaşmaq üçün Bitwarden-i istifadə edin. Bitwarden-i seçmək üçün daha çox səbəb: Dünya səviyyəli şifrələmə Parollar, qabaqcıl ucdan uca şifrələmə (AES-256 bit, salted hashtag və PBKDF2 SHA-256) ilə qorunur, beləliklə datanız güvəndə və məxfi qalır. 3-cü tərəf auditləri Bitwarden, müntəzəm olaraq tanınmış təhlükəsizlik firmaları ilə hərtərəfli üçüncü tərəf təhlükəsizlik auditləri keçirir. Bu illik auditlərə Bitwarden IP-ləri, serverləri və veb tətbiqləri arasında mənbə kodu qiymətləndirmələri və nüfuz testi daxildir. Qabaqcıl 2FA Giriş məlumatlarınızı üçüncü tərəf autentifikatoru, e-poçtla göndərilən kodlar və ya avadanlıq güvənlik açarı və ya keçid açarı kimi FIDO2 WebAuthn kimlik məlumatları ilə güvəndə saxlayın. Bitwarden Send Ucdan-uca şifrələmə güvənliyini qoruyarkən və pozuntunu məhdudlaşdırarkən dataları birbaşa başqalarına göndərin. Daxili Generator Ziyarət etdiyiniz hər sayt üçün uzun, mürəkkəb və fərqli parollar və unikal istifadəçi adları yaradın. Əlavə məxfilik üçün e-poçt ləqəb provayderləri ilə inteqrasiya edin. Qlobal Tərcümələr Bitwarden tərcümələri 60-dan çox dildə mövcuddur, Crowdin vasitəsilə qlobal icma tərəfindən tərcümə edilmişdir. Çarpaz Platforma Tətbiqləri İstənilən brauzerdən, mobil cihazdan və ya masaüstü əməliyyat sistemindən və daha çoxundan Bitwarden Seyfinizdəki həssas dataları güvəndə saxlayın və paylaşın. Bitwarden parollardan daha çox qoruyur Bitwarden-nin ucdan-uca şifrələnmiş kimlik məlumatlarını idarəetmə həlləri, təşkilatlara hər şeyi, o cümlədən tərtibatçı sirrlərini və keçid açarı təcrübələrini qorumaq gücü verir. Bitwarden Sirr Meneceri və Bitwarden Passwordless.dev haqqında daha ətraflı öyrənmək üçün Bitwarden.com saytını ziyarət edin! Bitwarden evdə və ya işdə olarkən bütün parol, keçid açarı və həssas məlumatlarınızı asanlıqla qoruyur. Bir neçə cihaz arasında sinxronlaşdıraraq seyfinizə müraciəti genişləndirin Bütün girişlərinizi və parollarınızı güvənli bir seyfdən idarə edin Giriş kimlik məlumatlarınızı ziyarət etdiyiniz istənilən veb sayta dərhal avtomatik doldurun Həmçinin sağ klikləmə menyusu ilə seyfinizə asanlıqla müraciət edə bilərsiniz Güclü, təsadüfi və güvənli parolların avtomatik yaradılması Məlumatlarınız AES-256 bit şifrələmə istifadə edilərək güvənli şəkildə idarə olunur